IQNA

İraqın baş naziri Kazimeynə gəldi, Əhli-Beyt (ə) imamlarının pak hərəmini ziyarət etdi

7:42 - August 06, 2020
Xəbər sayı: 3487827
İraqın baş naziri Mustafa Əl-Kazımi Kazimeyn şəhərindəki Cavadeyn İmamlarının (ə) müqəddəs hərəmini ziyarət edib. O, müqəddəs ziyarətgahda doktor Heydər Həsən əl-Şammari tərəfindən qəbul edilib.

Deyerler.org Aljawadain-ə istinadən xəbər verir ki, İraqın baş naziri Cavadeyn İmamlarının (ə) müqəddəs ziyarətgahının baş katibi, professor doktor Heydər Həsən Əl-Şammari tərəfindən qəbul edilib. Görüşdə müqəddəs ziyarətgahda xidmət səviyyəsinin yaxşılaşdırılması üçün göstərilən səylərlə yanaşı, həyata keçirilən profilaktik sağlamlıq tədbirləri müzakirə edilib.

Baş nazirə müqəddəs şəhər olan Kazimeyndə koronavirusun yayılmasının ilk mərhələsindən bəri profilaktik tədbirlərin görüldüyü və bu prosedurların sərtləşdirilməsinin, vətəndaşların və cəmiyyətin sağlamlığı və təhlükəsizliyini qorumaq üçün Səhiyyə Nazirliyinin təlimatlarına əməl etdiyi çatdırılıb.

Baş nazir Cavadeyn İmamlarının (ə) müqəddəs ziyarətgahına ziyarəti vaxtı Heydər Həsən Əl-Şammari qonağı müşayiət edib və ona tamamlanmış ən vacib layihələr, davam edən şəhər layihələri barədə məlumat verib.

Səfərin sonunda baş nazir Mustafa Əl-Kazımi bu müqəddəs ziyarətgahda Allahdan İraqın və onun qürurlu vətənpərvər xalqının qorunmasını, KOVİD-19 pandemiyasının və dünyanın bütün ölkələrinin bəlalarının qalxmasını və xəstələrin təcili olaraq sağalmasını diləyib.

Öz növbəsində Heydər Həsən Əl-Şammari də baş nazirə Cavadeyn İmamlarının (ə) pak hərəminin mübarək bayrağı və müqəddəs ziyarətgahın oyma və bəzək bölməsinin əl işlərinin şah əsərlərinin bədii portretini təqdim edib.

captcha