İmam Əlinin (ə) İlahi tərəfindən Peyğəmbərdən (ə) sonra ümmətə imam və rəhbər seçilməsi günü - Qədir-Xum bayramı münasibətilə o həzrətin mütəhhər hərəminin üzərindəki bayraq dəyişdirilib.
Maide.Az xəbər verir ki, bayrağın dəyişdirilməsi mərasimi bu gün baş tutub.
Günbəzə “Mən kuntu məvlahu, fəhəza Əliyyun məvlahu!” – “Mən kimib mövlasıyamsa, bu Əli (ə) də onun mövlasıdır!” yazımış bayraq sancılıb.
Mərasimdə Hərəmin məsul şəxsləri və xidmətçiləri, müctəhidlərin nümayəndələri və Əhli-beyt (ə) aşiqləri iştirak edib. Mərasimdə Dini ilahilər səsləndirilib. İştirakçılar koronavirusa yoluxmuş xəstələrin sağalması üçün dua ediblər.
Qeyd edək ki, İmam Əlinin (ə) mütəhhər hərəmi bayram münasibətilə üzərində müxtəlif yazılar yazılmış parçalar və güllərlə bəzədilib.
Hərəmə yerləşdirilən bütün baner və parçaların üzərində Peyğəmbərdən (s) Qədir Xum hadisəsi və eləcədə Həzrə Əlinin (ə) haqqında nəql olunan hədislər yazılıb.
Həmçinin hərəmin müxtəlif eyvan və səhnləri gül çiçəkləri ilə bəzədilib.