IQNA

Putin: Quranın əsasını ədalət və mərhəmət təşkil edir

23:52 - August 01, 2020
Xəbər sayı: 3487791
Hər bir müsəlman üçün əhəmiyyət kəsb edən bu bayram möminliyin, ədalətliliyin və mərhəmətin, qohumlara və yaxınlara sevginin yüksək dini ideallarına sədaqət simvoludur.

Az.shafaqna.com xəbər verir ki, ötən gün Rusiya prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibəti ilə təbrik edib.

“Hər bir müsəlman üçün əhəmiyyət kəsb edən bu bayram möminliyin, ədalətliliyin və mərhəmətin, qohumlara və yaxınlara sevginin yüksək dini ideallarına sədaqət simvoludur. Bunların (hamısı) müqəddəs Quranın əsasını təşkil edir”, – deyə o bildirib.

“Qeyd edim ki, əsrlərlə davam edən İslam ənənələrini qoruyub saxlayan müsəlmanlar ölkəmizin mədəni müxtəlifliyinin qorunub saxlanılmasına böyük töhfə verirlər, cəmiyyətdəki millətlərarası həmrəyliyin möhkəmlədilməsinə səbəb olurlar”, – deyə o qeyd edib.

Teqlər: putin ، qurban bayramı ، təbrik
captcha