Tunisli blogger Aminə Şərqi sosial şəbəkələr vasitəsi ilə cəmiyyətdə müxtəlif dinlərə və irqlərə qarşı ayrıseçkilik və nifrəti təbliğ etdiyi və həmçinin İslam dininin simvollarını təhqir etdiyi üçün 2 min dinar cərimə edilib və 6 ay həsbə məhkum edilib.
Afrika ölkəsi olan Tunisin ali məhkəməsinin media şöbəsinin rəisi Möhsin Dali bu barədə deyib: Bu qərar məlum bloggerin barəsində həftənin Cümə Axşamı günü (14 İyul 2020) verilib. Məlum şəxs dini simvolları təhqir etdiyi üçün 650 avro dəyərində (2 min tunis dinarı) nağd pul ilə cərimələnib.
Qeyd edək ki, Tunis polisi Aminə Şərqini May ayında sosial şəbəkələrdə "korona surəsi" adlı yazı paylaşdığı və müsəlmanların narahatçılığına səbəb olduğu üçün həbs etmişdi. /3910663