IQNA

Nyu-Yorkda Trampın tərəfdarları anti-rasist etirazçılarla toqquşublar

11:39 - July 13, 2020
Xəbər sayı: 3487610
İnformasiya mənbələri bazar günü gecə Nyu-Yorkda ABŞ prezidenti Donald Trampın tərəfdarlarının anti-rasist etirazçılarla toqquşmasından xəbər veriblər.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) SəhərAzəri-yə istinadla xəbər verir ki, qarşıdurma Nyu-York şəhərində yerləşən Tramp qülləsinin qarşısında baş verib.

İrqi ayrı-seçkiliyə qarşı çıxanlar bu toqquşmadan öncə əllərində plakatlar tutub, şüarlar söyləməklə Amerikada qaradərililərə və digər azlıqlara qarşı rasistcəsinə hərəkətlərə qarşı öz etirazlarını bildirmişdilər.

Amerika şəhərləri ötən bir neçə həftə ərzində bu ölkə polisinin rasist rəftarına qarşı aksiya səhnələri olublar.

Teqlər: nyu-york ، trump ، anti-rasist
captcha