IQNA

ƏRBƏİN mukib, heyət və karvanları bunlara əməl etsinlər

23:26 - October 15, 2019
Xəbər sayı: 3485965
İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) ziyarətgahları nəzdində fəaliyyət göstərən "Beynəlxalq Əzadarlıq Heyətləri və Mukibləri İdarəsi" ƏRBƏİN zəvvarları, karvanları, mukib və heyətlərinə təlimat verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) ziyarətgahları nəzdində fəaliyyət göstərən "Beynəlxalq Əzadarlıq Heyətləri və Mukibləri İdarəsi" ƏRBƏİN zəvvarları, karvanları, mukib və heyətlərinə təlimat verib.

Bu təlimatda ƏRBƏİN ziyarətinin dünya üçün nümunə olması hədəfi ilə bəzi qanun, qayda və prinsiplərə əməl edilməsi tələb olunub:

1). Bütün mukib və heyətlərdə namazlar vaxtında qılınsın. Namaz qılarkən səsucaldıcılardan istifadə edilməsin.

2). Əzadarlıq heyətləri və karvanlar İmam Hüseynin (ə) hərəminə "Qiblə" qapısından daxil olsunlar və "Qazil-Hacat" qapısından çıxsınlar və Həzrət Abbasın (ə) hərəminə doğru hərəkət etsinlər.

3). Mukiblərin məsulları zəvvarların təhlükəsizliyini təmin etməyə cavabdehdirlər. Buna görə də naməlum şəxslərin mukiblərə girməsinə imkan yaratmamalıdırlar. Habelə mukiblərin üzvlərini tanınması üçün inanılmış şəxslərin köməklərindən istifadə etsinlər.

4). Ziyarət zamanı soyuq və odlu silah və habelə suçiləyəndən istifadə etmək qadağandır.

5). ƏRBƏİN mərasiminə uyğun olmayan bayraq və plakardlardan istifadə etmək qadağandır.

6). Həzrət İmam Hüseyn (ə) və Həzrət Abbasın (ə) hərəminə daxil olmaq üçün öncədən təyin edilmiş vaxtlara riayət olunsun.

7). Ümumi məkanların təmizliyi qorunsun, əşyalara zərər vurulmasın və çay qırağı kimi münasib olmayan yerlərdə çadır qurulmasın, əzadarlıq edilməsin.  

8). Mukib və çadırların girişində heyətin məsulunun adı və telefon nömrəsi qeyd edilsin.

9). Dini şəxsiyyətlərin fotolarından simvol və təbliğ kimi istifadə edilməsin.  

https://iqna.ir/fa/news/3850151

Teqlər: mukib ، ziyarət ، imam hüseyn ، iqna ، Ərbəin
captcha