IQNA

Akademik Vasim Məmmədəliyev vəfat edib

23:11 - October 15, 2019
Xəbər sayı: 3485964
Azərbaycan məkanında Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmiş məşhur adademik, şərqşünas və İslamşünas alim Vasim Məmmədəliyev dünən, 14 Oktyabr 2019-cu il, 77 yaşında ikən vəfat edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan məkanında Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmiş məşhur adademik, şərqşünas və İslamşünas alim Vasim Məmmədəliyev dünən, həftənin birinci günü, 14 Oktyabr 2019-cu il, 77 yaşında ikən vəfat edib.

Azərbaycan şöhrət və şərəf ordeninə layiq görülmüş alimi dostları, tələbələri, elm adamları, xarici qonaqlar və xalqın iştirakı ilə Bakının fəxri xiyabanında dəfn ediblər.

Dəfn mərasimində İran İslam Respublikasının səfiri Cavad Cahangirzadə və Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əsğər Farsi də iştirak ediblər.

Professor Vasim Məmmədəliyev 1942-ci ildə anadan olub. 1959-1964-cü illərdə BDU-nun Ərəb dili və ədəbiyyatı fakültəsini bitirib. Həmin illərdə Bakı Dövlət Universitetində müxtəlif idari və elmi vəzifələrdə çalışıb.

O, 1968-ci ildə Tiflisdə magistratura və 1974-cü ildə doktrantura pilləsində elmi işini müdafiə edib. 1989-cu ildə İraq Elmlər Akademiyası, 1994-cü ildə İƏT İslami Hüquqlar Akademiyası, 1995-ci ildə Suriya Ərəb ədəbiyyatı və Quran elmləri akademiyası və 2003-cü ildə Misr Ərəb Dili Akademiyasının üzvü olmuşdur.

Vasim Məmmədəliyevin 20-dən çox kitabın və 600-dən çox elmi məqalənin müəllifidir. Habelə 30 elmi işə rəhbərlik etmişdir. 1991-ci ildə isə akademik Ziya Bünyadovun həmkarlığı ilə Quranı Azərbaycan dilinə tərcümə etmişdir. Bu tərcümə 10 dəfən çox çap və nəşr edilib.  

https://iqna.ir/fa/news/3850035

captcha