IQNA

Fransada həyat iflic oldu - etiraz aksiyalarına görə bir çox obyektlər işləmir

20:20 - December 08, 2018
Xəbər sayı: 3484307
Fransada "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyası başlayıb. Polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. 8 min polis əməkdaş və 12 zirehli maşın hazır vəziyyətə gətirilib.

Fransada həyat iflic oldu - etiraz aksiyalarına görə bir çox obyektlər işləmirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransada "sarı jiletlər" hərəkatının növbəti etiraz aksiyası başlayıb. Parisdə polislər etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.  Paytaxtda 8 min polis əməkdaş və 12 zirehli maşın hazır vəziyyətə gətirilib.

Qeyd olunur ki, bugünkü etiraz aksiyaları ilə əlaqədar Fransada ümumilikdə 90 minə yaxın polis səfərbər edilib.
İri şəhərlərdə ticarət mərkəzləri, muzeylər, eləcə də Eyfel qülləsi bağlanıb. Futbol üzrə Fransa çempionatını bir neçə matçı təxirə salınıb.
Bundan əvvəl məlumat verilirdi ki, Fransada dekabrın 8-i 89 mindən artıq hüquq-mühafizə orqanlarının əməkdaşı səfərbər olunacaq.
Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.
Fransa DİN-in məlumatına əsasən, ötən şənbə günü etiraz aksiyalarında 287 min insan iştirak edib. İzer departamentində aksiyalar zamanı 1 nəfər ölüb. Ölkə ərazisində aksiyalar zamanı 500-dən artıq insan xəsarət alıb.
Fransada yanvarın 1-dən benzinin qiyməti 2,9 avrosent, dizelin qiyməti isə 6,5 avrosent artmalıdır. "Europe1" radiostansiyasının məlumatına əsasən, 2018-ci il ərzində Fransada dizel yanacağının qiyməti 23 faiz, benzinin qiyməti isə 15 faiz artıb. /maide.az/
Teqlər: paris ، fransa ، iqna ، etiraz aksiyaları
captcha