IQNA

Otizm xəstəsinin tilavəti aparıcını ağlatdı

8:45 - December 04, 2018
Xəbər sayı: 3484284
Otizm (autism) xəstələyinə düçar olmuş və yaxınlarını tanımayan Misrili yeniyetmə xanım, 14 yaşlı Məryəmin Quran ayələrini tilavət etməsi teleaparıcını təsirləndirərək ağlatdı.

Otizm xəstəsinin tilavəti aparıcını ağlatdıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, otizm (autism) xəstələyinə düçar olmuş Misrili yeniyetmə xanım, 14 yaşlı Məryəmin Quran tilavəti teleaparıcını təsirləndirərək ağlatdı.

Məryəm xanım Misrin Dəqhəliyyə əyalətindəndir. O, "ən-Nəhar" peyk tv kanalının "vahidun minən-nas" proqramının qonağı olub.

Bu 14 yaşlı yenyetmənin birbaşa efirdə oxuduğu Quran tilavəti kanalın aparıcısı Ömər əl-Leysinin təsirləndirib və o ağlayıb.

Ömər deyib: Məryəmin bu dünyada tanıdığı tək şey Qurandır. O, ailəsini, ətrafındakıları və onunla əlaqəli heç bir şeyi tanımır. Uşaqlıqdan heç kimi və heç nəyi tanımayan və öyrənməyən Məryəmin dil açaraq danışdığı tək şey Quran ayələridir. Məryəm bütün Quranı təcvid qaydaları əsasında əzbər bilir. Əgər hər hansısa bir ayəni eşidərsə, davamını tamamlayır.

Qurani-Kərimi Məryəmə atası öyrədib. Məryəm Quranın hifzi və tilavətini qaydaları ilə birlikdə kamil öyrənib.

Proqramı sonunda Ömər əl-Leysi Misrin Təhsil Naziri Tariq Şövqidən xahiş edib ki, nazirlik Məryəmin təhsilini öz himayəsinə götürsün.

http://iqna.ir/fa/news/3769110

تأثر شدید مجری مصری از تلاوت نوجوان اوتیسمی

Teqlər: iqna ، otizm ، autism ، quran hifzi
captcha