Röytersin verdiyi məlumata görə, BMT ofisi dünən bir bəyanatda bildirib: Myanmada hərbi və dövlət rəsmiləri müstəqil jurnalistlərə qarşı repressiyalar üçün "siyasi kampaniya" həyata keçiriblər.
Bəyanatda deyilir: Myanma rəsmilərinin çoxu müstəqil jurnalistləri anlaşılmaz və təfərrüatı bəlli olmayan qanunlara istinadla həbs edirlər.
BMT insan haqları ofisi öz b əyanatında Myanma məhkəmə aparatının Röytersin iki müxbirinə qarşı hərəkətlərini mediyalara qarşı məhkəmə təzyiqlərinin nümunəsi adlandırıb.
Myanmada bir məhkəmə Röytersin iki müxbiri Va Lone və Kyav Su Oo-ya qarşı 7 il həbs cəzası verib.
Röytersin müxbirləri 2017-ci il dekabr ayında Myanma ordusunun Ruhinca müsəlmanlarına qarşı cinayətləri barədə çəkdiklər videoları daşıyarkən həbs ediliblər.
Mənbə: Sahartv