IQNA

MESSİ İsrail bayrağını cırdı – FOTO

21:17 - June 15, 2018
Xəbər sayı: 3483324
Top ilə bayrağı hədəf alan mesinin üzündə fələstinli mübarizlərin "çəfyə"si (şərif) vardır. Messinin vurduğu top birbaşa İsrail bayrağını hədəfə alaraq onu iki yerə bölüb.

MESSİ İsrail bayrağını cırdı – FOTOİQNA-nın (Beynəlxalq Quran Xəbərə Agentliyi) verdiyi xəbərə görə, fələstinli vətəndaşların bir qrupu böyük bir divara Argentina milli futbol komandasının oyun zamanı şəkilini çəkiblər.

Bu böyük rəsm əsərində Argentinanın futbol ulduzu Messi topa zərbə vuran anda təsvir edilib. Messinin vurduğu top birbaşa İsrail bayrağını hədəfə alaraq onu iki yerə bölüb.

Bu rəsm əsəri işğal edilmiş Fələstin torpaqları ilə qərb sahillərində Qəzza zolağını ayıran divarın üzərinə çəkilib. Top ilə bayrağı hədəf alan mesinin üzündə fələstinli mübarizlərin "çəfyə"si (şərif) vardır. O, tikanlı telləri keçərək vurduğu qüdrətli top zərbəsi ilə İsrail bayrağını cırdığı halda təsvir edilib.

Qeyd edək ki, Argentinanın milli futbol komandası İyun ayının 16-da İsrail futbol komandası ilə keçiriləcək dostluq görüşünü ləğv ediblər.

İsrail bu oyunları Qüdsün sionist rejiminin paytaxtı seçilməsini bayram kimi qeyd etmək üçün təşkil etdmişdi.

Argentina futbol komandasının oyunçuları bildiriblər ki, biz ən yaxşı və ən məntiqli addımı atdıq. Ən yaxşı iş bu yarışa getməmək idi. İsrail qəzetləri isə futbol komandasının bu addımını İsrailin fələstinlilər barədə siyasətlərinə etiraz addımı adlandırıblar.     

http://iqna.ir/fa/news/3722617  

لیونل مسی پرچم اسرائیل را پاره کرد

Teqlər: messi ، argentina ، futbol ، israil
captcha