IQNA

Ramazanın axırıncı gecəsinin namazı

17:59 - June 13, 2018
1
Xəbər sayı: 3483319
Allah-Taala onun günahlarını bağışlayar, Ramazan ayının orucunu qəbul edər, əgər onun hər biri bütün bəndələrin günahlarından böyük olan 70 günahı da olsa, əfv edər ...

Ramazanın axırıncı gecəsinin namazıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şeyx Səduq "Fəzailu Əşhuris-Səlasə" kitabın "Ramazan ayının fəzilətləri" bölümündə (hədis:143) mübarək Ramazan ayının axırıncı gecəsində qılanan namaz barədə yazır:

Hədis etdi mənə Əbu Məhəmməd Ubdus ibn Əli ibn Abbas Corcani, o da Əbu İmran Musa ibn Hüseyn Bağişi Muəddəbdən, o da Əbu Əbdillah Məhəmməd ibn Əhməd Qurəşidən, o da Hüseyn ibn Əli ibn Xaliddən, o da Məruf ibn Vəliddən, o da Sə`d ibn Əbdillahdan, o da Əbu Təybədən, o da Kurdin və Burdin Hadəvidən, o da Rəbi ibn Xeysəmdən, o da Abdullah ibn Məsuddan, o da Allahın Rəsulundan (s).

Allahın Rəsulu (s) buyurdu: "And olsun məni haqq olaraq peyğəmbərliyə seçənə! Cəbrayıl (s) mənə İsrafil (ə) vasitəsi ilə Allah-Taaladan xəbər gətirdi ki, Hər kəs mübarək Ramazan ayının axırıncı gecəsində 10 rəkət (Sübh namazı kimi 5 iki rəkətli) namaz qılarsa, hər rəkətdə Fatihə surəsindən sonra 11 dəfə İxlas surəsini oxuyarsa, rüku və səcdəsində 10 dəfə "subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər" deyərsə və 10-cu rəkətin təşəhüd və salamından sonra min dəfə "əstəğfirullah" zikrini edərsə, bundan sora səcdəyə gedərək səcdədə "Ya həyyu ya qəyyum, ya zəl-cəlali vəl-ikram, ya rəhmanəd-dünya vəl-axirəti və rəhiməhuma, ya ərhəmər-rahimin, ya ilahəl-əvvəlinə vəl-axirin, iğfir ləna zunubəna və təqəbbəl minna səlatəna və siyaməna və qiyaməna" duasını oxuyarsa, başını səcdədən qaldırmamış Allah-Taala onun günahlarını bağışlayar, Ramazan ayının orucunu qəbul edər, əgər onun hər biri bütün bəndələrin günahlarından böyük olan 70 günahı da olsa, əfv edər və həmin insanın (bu namazı qılanın) yaşadığı ərazidə olan insanların əməllərini (həmin namaza xatir) qəbul edər... Bu mənim üçün və mənim ümmətim Allahın xüsusi hədiyyəsidir...".

Namazın qılınma qaydası:

Niyyət: Ramazan ayının axırıncı gecəsinin namazı

Rəkətlərin sayı: 10 rəkət. Yəni Sübh namazı kimi 5 niyyət iki rəkətli namaz qılmaq.

Qiraət: Hər rəkətdə Həmd (Fatihə) surəsini 1 dəfə oxuduqdan sonra 11 dəfə İxlas (Qul hu vəllahu əhəd) surəsini oxumaq.

Rüku və Səcdə zikri: 10 dəfə "subhanəllahi vəl-həmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər"

10-cu rəkətin (axırıncı iki rəkətin) salamından sonra: 1000 dəfə "ƏSTƏĞFİRULLAH" zirkini demək.

"Əstəğfirullah" zikrindən sonra səcdə etmək və bu duanı oxumaq:

"Ya həyyu ya qəyyum, ya zəl-cəlali vəl-ikram, ya rəhmanəd-dünya vəl-axirəti və rəhiməhuma, ya ərhəmər-rahimin, ya ilahəl-əvvəlinə vəl-axirin, iğfir ləna zunubəna və təqəbbəl minna səlatəna və siyaməna və qiyaməna"

 

 

    

 

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
ruslan
0
0
Axirinci gece bu gune aidi ya sabahki geceye
Administrator Əgər Şəvval ayının hilalı bu gün görsənərsə, dünən (13 iyun) axırıncı gecə olub. Görsənməzsə, bu gecə (14 iyun) axırıncı gecədir.
captcha