Əbuzər İbrahimi Türkman cümə axşamı günü Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəsmi dəvəti və ikitərəfli mədəni və elmi əməkdaşlıqların inkişaf etdirilməsi məqsədilə Bakıya səfər edib.
İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri və bu ölkənin mədəniyyət və dini ziyalıları ilə görüşdən əlavə İran İslam Respublikasının Bakıda film günlərinin açılışında iştirak edəcək.
Mədəniyyət və incəsənət xadimləri ilə görüş, çap edilmiş bir sıra kitabların təqdimatı, "Günəşdən Pərvinə qədər" konfransında çıxış, "Günəş Xanımı" ədəbi şer konfransında iştirak İbrahimi Türkmanın Bakıya 4 günlük səfər proqramına daxildir.
İran və Azərbaycanın mədəniyyət rəsmiləri arasında müzakirələrdə araşdırılcaq mövzulardan biri Bakıda 2018-ci il yayın əvvəlində keçiriləcək İran mədəniyyət günlərinin keçirilməsi olacaqdır.
Mənbə: Sahartv