IQNA

Rusiyada İslam bankçılığı fəaliyyətə başlayacaq

15:09 - February 22, 2018
Xəbər sayı: 3482817
"Sberbank", Rusiya Mərkəzi Bankı və Dövlət Dumasının birgə əməkdaşlığı ilə İslam bankçılığı yaradılacaq.

Rusiyada İslam bankçılığı fəaliyyətə başlayacaqİQNA(Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadən xəbər verir ki, "Sberbank", Rusiya Mərkəzi Bankı və Dövlət Dumasının birgə əməkdaşlığı ilə İslam bankçılığı yaradılacaq.

Bu işi təşkil etmək üçün birgə işçi qrupu formalaşdırılacaq.

İslam bankçılığının bu il ərzində təşkil edilməsi nəzərdə tutulub. Pilot layihə olaraq regionlardan biri seçiləcək.

Məsələ 27 fevralda keçiriləcək "Rusiya: tərəfdaşlığın təminatçısı" İslam İqtisadi Forumu çərçivəsində müzakirə olunacaq.

Teqlər: rusiya ، İslam ، quran ، iqna ، müsəlman ، sberbank
captcha