IQNA

İşğal olunmuş Fələstində Azanın yayılmasını qadağan edən qanun təsdiq ediləcək

9:23 - February 21, 2018
Xəbər sayı: 3482813
İşğalçı sionist rejimi İsrailin knessetində müsəlmanların ibadət ocaqlarından Azan səsinin yayılması ilə bağlı çətin şərtlər əsasında Azan səsinin yayılmasını qadağan edən qanun təsdiq ediləcək.

İşğal olunmuş Fələstində Azanın yayılmasını qadağan edən qanun təsdiq ediləcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı, qəsbkar və terrorçu sionist rejimi İsrailin knessetində Fələstinin işğal edilmiş ərazilərində müsəlmanların ibadət ocaqlarından Azan səsinin yayılması ilə bağlı çətin şərtlər qoyan qanun layihəsi müzakirə edilib və bu qanun layihəsinin əsasında Azan səsinin yayılmasını qadağan edən qanun təsdiq ediləcək.

“Ən-Nəşrə” xəbər agentliyinin informasiya portalının işğalçı, qəsbkar və terrorçu sionist rejimi İsrail televiziyasının 2-ci kanalına istinadla verdiyi xəbərədə deyilir ki, bu rejim məscidlərdən Azan səsisinin yayılmasını qadağan edən yeni qanun layihəsini yaxın günlərdə terrorist rejimin knessetinə təqdim edəcək.

Bu yeni layihə əsasında sionist rejimin polisinə ixtiyar veriləcək ki, Azan səsi ucadan gələn məscidlərə soxulsunlar və səs-küy çirkliliyi bəhanəsi ilə məscidi cərimələsinlər və səsucaldıcıları da müsadirə etsinlər. 

Bu qanun keçən ilin (2017) Mart ayında birinci mərhələdə təsdiq edildi və yaxın günlərdə son mərhələ də təsdiq edilmək üçün knessetə göndəriləcəkdir.  

İsrailin baş naziri və ətraf mühitin mühafizəsi nazirlərinin təşkil etdiyi komitənin yaydığı məlumata görə, bu qanun layihəsi yoxlanılacaq və Azan səsi ucadan gələn məscidlərdən səsucaldanların müsadirə edilməsi barədə polisə ixtiyar veriləcəkdir.  

Qondarma, işğalmı və terrorist israil rejimi bu qanunu təsdiq etmək üçün işağl edilmiş ərazilərdəki 500 məscidin yüzminlərlə yəhudini narhat etdiyini bəhanə edir.   

http://iqna.ir/fa/news/3693315

Teqlər: iqna ، sionist ، azan ، azan qadağası
captcha