IQNA

BMT xəbərdarlıq etdi: Yəmənli uşaqlar təhsil ala bilmir

10:17 - October 22, 2017
Xəbər sayı: 3482293
Yəmən ictimaiyyətində Ərəbistanın artıq 2 ildən çoxdur ki, davam edən təcavüzlərindən ən çox zərər çəkən qrup uşaqlardır.

BMT xəbərdarlıq etdi: Yəmənli uşaqlar təhsil ala bilmirSahartv-nin verdiyi məlumata görə, Ərəbistanın Yəmənə olan hücumlarında məktəblərin dağıdılması və təhsil ocaqlarının məhv edilməsi uşaqların təhsildən məhrum olmasına səbəb olub. Bu isə onlar üçün aydın olmayan bir gələcək deməkdir.

YUNİSEF yəmənli uşaqların təhsildən məhrum qalması ilə bağlı böhranın daha da dərinləşməsi haqda xəbərdarlıq edib.

YUNİSEF-in Yəməndəki nümayəndəsinin müavini Şerin Varki deyir: Hazırda Ərəbistanın Yəmənə hücumlarından 2 il yarım ötür. Bu isə yəmənli uşaqların təhsil məsələsinə ciddi mənfi təsir buraxır. 2 milyondan çox uşaq məktəbə getmir. 1600-dən çox məktəb tamamilə dağıdılıb. Təhsil heç də yaxşı vəziyyətə malik deyil. Yəmənli müəllimlərin 70%-dən çoxu ötən ildən bəri heç bir əmək haqqı almayıb.

Şerin Varki həmçinin deyir: Biz hər gün Yəməndə 4 min vəbaya yoluxma halının şahidiyik. Onların dörddə birini uşaqlar təşkil edir. Bütün bunların səbəbi isə 2 il yarımdır ki, davam edən müharibədir. 2 milyondan çox uşaq aclıqdan əziyyət çəkir. Hər ötən dəqiqədə bir yəmənli uşaq önlənilməsi mümkün olan səbəblər üzündən həyatını itirir.

Teqlər: bmt ، iqna ، quran ، İslam ، müsəlman ، məscid
captcha