IQNA

FACEBOOK və GOOGLE anti-İslam təbliğatların yayılmasına kömək edib

22:59 - October 19, 2017
Xəbər sayı: 3482283
Yeni yayılmış məlumatlara görə, ABŞ-ın 2016-cı ilin prezident seçkiləri rəqabətlərində FACEBOOK və GOOGLE sosial şəbəkəsi anti-İslam videoların yayılmasında həmkarlıq ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ABŞ-ın 2016-cı ilin prezident seçkiləri rəqabətlərində FACEBOOK və GOOGLE sosial şəbəkəsi anti-İslam videoların yayılmasında həmkarlıq ediblər.

"Bloomberg" xəbər və informasiya agentliyinin yaydığı məlumatda deyilir ki, texnologiya sahəsinin bu iki pisniyyətli divi birbaşa anti-İslam və anti-miqrant radikal qruplaşmaları dəstəkləyirlər.

Bu iki sosial şəbəkənin vasitəsilə istehsal olunan və yayılan video materiallar İslam və müsəlmanları hədəfə alıb və müsəlmanları beynəlxalq cəmiyyətdə gözdən salmağa və təhqir etməyə çalışırlar.

Xəbərdə deyilir ki, FACEBOOK və GOOGLE sosial şəbəkələri təbliğat vasitəsi ilə qazandıqları pulları anti-İslam qruplarını dəstəkləməyə və Trampa müxalif cəbhədə dayanan siyasətçiləri terrorçularla həmkarlıq ittihamı ilə bədnam etmək üçün xərcləyiblər.

Cari həftənin birinci günü İngiltərənin İşçi partiyasının rəhbəri Cerimi Kurbin bu sosial şəbəkələrin müsəlmanları təhqir meydanına çevirildiyini vurğulayaraq bu vəziyyətinin qarşısının alınmasının zəruri olduğun dedi.

Adı keçən sosial şəbəkələr onlara qarşı səsləndirilən ittihamlara hələ də cavab verməyiblər.

http://www.iqna.ir/fa/news/3654564


captcha