IQNA

Gürcüstanın Batumi şəhər şurası məscid tikilməsinə maneə icad edir

8:25 - May 15, 2017
1
Xəbər sayı: 3481655
Gürcüstan müsəlmanların sıx yaşadığı Batumi şəhər şurası bu şəhərdə müsəlmanlar üçün məscid tikilməsində ayrı-seçkilik edərək şəhərin ikinci məscidinin tikilməsinə maneə icad edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Gürcüstan müsəlmanların sıx yaşadığı Batumi şəhər şurası bu şəhərdə müsəlmanlar üçün məscid tikilməsində ayrı-seçkilik edərək şəhərin ikinci məscidinin tikilməsinə maneə icad edir.

Gürcüstanın Batumi şəhər əhalisinin çoxunu müsəlmanlar təşkil edir. Bu şəhərin qədimdən qalma bir məscidi vardır. Məscid 1886-cı ildə Aslan Bəy ailəsi tərəfindən tikilmişdir. Bu məscidin ümumi sahəsi hazırda Cümə namazına toplaşanlar üçün kifayət deyildir. Cümə namazlarında insanlar yayın istisi və qışın soyuğunda məsciddən çöldə namaz qılmağa məcbur olurlar.

Batumi müsəlmanları on illərdir ki, bu şəhərdə ikinci bir məscidin tikilməsi üçün çalışırlar. 2016-cı ilin Sentyabr ayında müsəlmanlar məscid tikmək üçün torpaq sahəsi aldılar. Amma onların məscid tikmək üçün müraciəti şəhər şurası tərəfindən "islamofob" və "ayrı-seçkilik" edən bir tərzdə rədd edildi.

Gürcüstan müsəlmanların hazırkı sayı ümumi əhalinin 9.9 % elan edilib və bu da 463062 nəfər deməkdir.

Gürcüstan parlamenti 2011-ci ildə ölkə müsəlmanlarının dörd məzhəbini dini azlıqlar kimi rəsmi tanınması barədə layihə qəbul etdi.

Qeyd edək ki, 2011-ci ilədək Gürcüstan müsəlmanları Bakıdakı Qafqaz Müsəlmanlar İdarəsinə tabe idilər. Həmin ildə isə Gürcüstan məscidləri və məzhəbi məkanları Qafqaz Müsəlmanlar İdarəsinin nəzarətində olan "Gürcüstan Müsəlmanları İdarəsi"nin idarəçiliyinə götürüldü.

http://iqna.ir/fa/news/3598944


Teqlər: batumi ، iqna ، gürcüstan ، məscid
Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Ali
0
0
"Qeyd edək ki, 2011-ci ilədək Gürcüstan müsəlmanları Bakıdakı Qafqaz Müsəlmanlar İdarəsinə tabe idilər. Həmin ildə isə Gürcüstan məscidləri və məzhəbi məkanları Qafqaz Müsəlmanlar İdarəsinin nəzarətində olan "Gürcüstan Müsəlmanları İdarəsi"nin idarəçiliyinə götürüldü."
Xəbərin bu qisminin hansı səbəblə yazılmasını başa düşmədim...Yəni 2011-ci ilədək niyə Batumidə məscid tikilməyib? Yoxsa 2011-ci ildən indiyə kimi niyə məscid tikilməyib?
captcha